Müəllimlərin qeyri-müəyyən müddətə tətili çərçivəsində Madrid magistral yolunun bir hissəsində təxminən 200 nəfər nəqliyyatın hərəkətini dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb. 

Etiraz səhər saatlarından başlayıb. İştirakçılar məktəb partalarını və stullarını yolun ortasına qoyublar. Toplaşanlar "Dövlət təhsili satılmır, dövlət təhsili müdafiə olunur" şüarları səsləndirdilər. Sözügedən ərazidə yüzlərlə sürücünün yolu kəsilib.

Madriddə dövlət məktəbi müəllimlərinin qeyri-müəyyən müddətə tətili 14 oktyabrda başlayıb. İştirakçılar maliyyələşdirmənin artırılmasını, siniflərin sayının azaldılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.