İtaliyada qiymət artımına qarşı kütləvi etiraz aksiyaları başlayıb.

"Unikal" xəbər verir ki, bəzi şəhərlərdə nümayişlər polis ilə ciddi toqquşmalara çevrilir. Məlumata görə, artıq təxminən 60 nəfər xəsarət alıb.

Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və fişənglər atırlar. Onlar mağazaların vitrinlərini sındırır və iğtişaşlar törədirlər.

Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir. İlkin məlumatlara görə, hazırda təxminən 50 nəfər saxlanılıb. Onların bir çoxu yetkinlik yaşına çatmayan şəxslərdir.

Xatırladaq ki, hazırda Fransada da kütləvi etiraz aksiyaları davam edir.