Hindistanda keçirilən tamaşada kişi insanları heyran etmək üçün inanılmaz hərəkətə cəhd  edib.  

"Unikal" xəbər verir ki, o, boynuna bağlanmış ipləri iki ayrı motosikletə bağlayıb və sürücülərdən nəqliyyat vasitələrini əks istiqamətdə hərəkət etdirmələrini istəyib. 

Beləliklə, motosikletlər onun boynuna bağlanmış ipləri iki fərqli istiqamətdə çəkməyə başlayıblar. Təhlükəli hərəkət zamanı iplər dartılıb  və kişinin boynuna tətbiq olunan qüvvə artıb. 

Tamaşaçıların qarşısında göstərilən tamaşa tez bir zamanda nəzarətdən çıxıb. Əks istiqamətdə hərəkət edən motosikletçilər kişinin boynuna ciddi təzyiq göstəriblər. 

Məlumata görə, kişi təhlükəli hərəkət nəticəsində həyatını itirib. Əyləncə yönümlü tamaşa insanların gözü qarşısında ölümlə başa çatıb.