Macarıstanın Baş naziri Peter Madyar özünün "Facebook" səhifəsində keçmiş Baş nazir Viktor Orbanı dövlət çevrilişi planlaşdırmaqda günahlandırıb və buna görə cinayət məsuliyyətinə cəlb olunacağı ilə hədələyib.

"Unikal" xəbər verir ki, baş nazirin sözlərinə görə, Orbanın silahlı üsyan və konstitusiya quruluşunun zorakılıqla devrilməsi barədə bəyanatı dövlətə qarşı ən ağır cinayətlərdən biridir.

Madyar qeyd edib ki, Macarıstan Cinayət Məcəlləsi bu cür hərəkətlərə görə ömürlük həbs cəzası nəzərdə tutur.

Bundan əvvəl Viktor Orbanın cinayət məsuliyyətinə cəlb oluna biləcəyi bildirilirdi. Buna səbəb onun mart ayında Ukraynaya valyuta və qızıl daşıyan "Oschadbank" inkassatorlarıının saxlanılmasının planlaşdırılmasında iştirakı göstərilib.