Niderlandın Baş naziri Rob Yetten Karib dənizində yerləşən Boneyr adasında güclü allergik reaksiya nəticəsində xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə o, "X" hesabında məlumat paylaşıb.

R.Yettenin sözlərinə əsasən, lazımi tibbi müdaxilədən sonra o, qismən dəyişdirilmiş proqram çərçivəsində Boneyr adasındakı işgüzar səfərini davam etdirmək imkanı əldə edib.

"NU.nl" portalının məlumatına görə, R.Yetten suda üzərkən mollyusk tərəfindən sancılıb və bu, onda kəskin allergiyaya səbəb olub. Baş nazirin xəstəxanaya yerləşdirilməsi ilə əlaqədar olaraq bir sıra planlar, o cümlədən Boneyrin kənd təsərrüfatı üzrə dövlət qurumunun rəsmiləri ilə nəzərdə tutulan görüşlər və Aruba adasına uçuş təxirə salınıb.