ABŞ basketbolu itki ilə üzləşib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, NBA-nın “Memfis Qrizliz” klubunun oyunçusu Brandon Clarke 29 yaşında vəfat edib.
Məlumata görə, basketbolçunun ölüm xəbərini onun menecment şirkəti təsdiqləyib. Ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Brandon Klark 2019-cu ildə NBA draftında seçilmişdi və peşəkar karyerası ərzində yalnız “Memfis Qrizliz”in formasını geyinib. O, ötən mövsümlərdə zədələr səbəbindən bir sıra oyunları buraxmışdı.
NBA rəhbərliyi və bir çox klub oyunçunun ölümü ilə bağlı başsağlığı mesajları yayıb.












































.jpg)




.jpg)



