Dortmundun Borussia Dortmund komandası yeni transferini rəsmən açıqlayıb.
"Unikal" xəbər verir ki, Almaniya təmsilçisi Red Bull Salzburg klubunun 19 yaşlı müdafiəçisi Joan Qadunu heyətinə qatıb. Gənc futbolçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Yerli mətbuatın məlumatına görə, bu transfer Dortmund klubuna 19,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, Bundesliqada mövsümün başa çatmasına bir tur qalmış 70 xalla ikinci pillədə qərarlaşan Borussia Dortmund mövsümü bu sırada tamamlayacaq.
















.jpg)



.jpg)






.jpg)















.jpeg)



