Salyan rayonunda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti aşkarlanıb.
"Unikal"ın məlumatına görə, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib.
Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində kişinin meyiti “Qanlı dərə” adlanan ərazidə tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev























.jpg)




.jpg)






.jpg)














