Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Unikal" xəbər verir ki, telefon danışığı zamanı liderlər Azərbaycan ilə Pakistan arasındakı qardaşlıq və strateji münasibətləri bir daha təsdiqləyib, energetika, ticarət və xalqlararası təmaslar da daxil olmaqla, əsas sahələr üzrə əməkdaşlığın davamlı olaraq genişlənməsini məmnunluqla qeyd ediblər.
Baş nazir Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.
Dövlətimizin başçısı dəvəti məmnuniyyətlə qəbul edib.





















.jpg)




.jpg)






.jpg)















.jpeg)
