Atəşkəsə alternativ müharibənin yenidən başlanmasıdır. Heç kim bu ssenarinin təkrarlanmasını istəmir. Çünki belə bir münaqişə qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə ciddi zərər vurur.

"Unikal" xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində səsləndirib.

Nazirin sözlərinə görə, ABŞ ilə İran arasında aparılan danışıqlarda əsas prioritet atəşkəsin qorunub saxlanılmasıdır.

“Danışıqlar müəyyən irəliləyişlə davam edir. Proses mürəkkəb olsa da, tərəflər diplomatik təmasları davam etdirmək niyyətindədirlər”, – deyə Hakan Fidan bildirib.

Türkiyəli nazir əlavə edib ki, Ankara ABŞ, İran və region ölkələri, xüsusilə Qətər, Misir və İordaniya ilə sıx təmas saxlayır. Onun sözlərinə görə, tərəflər dialoqun təşviqi və gərginliyin azaldılması istiqamətində qarşılıqlı məsləhətləşmələr aparırlar.