Gəncədə avtomobil piyadanı vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov