Gürcüstanda yeni Patriarx III Şio taxta çıxıb.
"Unikal" xəbər verir ki, mərasim Mtsxetadakı Svetitsxoveli Katedralında baş tutub.
11 mayda Tbilisidəki Müqəddəs Üçlük Katedralında keçirilən yeni katolikos-patriarxın seçilməsi zamanı müqəddəs Sinodun 39 üzvündən 22-si 17 martda vəfat edən Patriarx II İlyanın yerində xidmət edən 57 yaşlı Senaki və Çxorotskunun mitropoliti Şioya (Mujiri) səs verib.
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill III Şionu seçilməsi münasibətilə təbrik edib. O, əvvəlki patriarxların, xüsusən də II İlyanın dövründə Gürcü Kilsəsi ilə Rus Pravoslav Kilsəsi arasında inkişaf edən "qardaşlıq ünsiyyəti ənənələrinin" III Şio dövründə "layiqli davamını tapacağına" ümid etdiyini bildirib.



























.jpg)




.jpg)






.jpg)











