ABŞ Prezidenti Donald Tramp bu il Rusiyaya səfər edə biləcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə Çinə səfərə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında TASS-ın sualını cavablandırarkən danışıb.
“Bu, mümkündür. Mən Ukraynada nizamlanmaya nail olmaq üçün lazım olan hər şeyi edəcəyəm”, – deyə Tramp Rusiyaya mümkün səfəri ilə bağlı suala cavabında bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Moskva ilə Kiyev arasında razılaşmanın əldə olunacağına inanır.
“Düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli istiqamətində tərəflər arasında razılaşma “getdikcə daha da yaxınlaşır”.
ABŞ lideri, həmçinin indiyədək “səkkiz münaqişənin həllinə nail olduğunu” iddia edib.


















































.jpg)




.jpg)
