Avstriyanın paytaxtı Vyana şəhərində baş tutan “Avroviziya 2026″nın ilk yarımfinalı artıq başa çatıb.
"Unikal" xəbər verir ki, final uğrunda mübarizə aparan 15 ölkədən 10-u finala vəsiqə qazanıb.
Finala vəsiqə qazanan 10 ölkə Yunanıstan, Finlandiya, Belçika, İsveç, Moldova, İsrail, Serbiya, Xorvatiya, Litva, Polşa olub.
"Avroviziya" şousu 14 may tarixində keçiriləcək ikinci yarımfinalla davam edəcək. Ölkəmizi “Just Go” adlanan mahnı ilə təmsil edəcək JIVA 2-ci nömrə altında çıxış edərək finala keçməyə çalışacaq.
*** 00:34
Birinci yarımfinalda yarışan 15 ölkə çıxışlarının tamamlayıb.
"Unikal" xəbər verir ki, tamaşaçı səsverməsi rəsmi olaraq başlayıb.
*** 23:28
Avstriyanın paytaxtı Vyanada “Avroviziya 2026” mahnı müsabiqəsi başlayıb.
"Unikal" xəbər verir ki, Azərbaycanı müsabiqədə müğənni JIVA təmsil edir. O, “Just Go” adlı mahnını ifa edəcək.
Xatırladaq ki, Azərbaycan təmsilçisi ikinci yarımfinalda səhnəyə çıxacaq.
Qeyd edək ki, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da keçiriləcək.


















































.jpg)




.jpg)
