Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Bakı Beynəlxakal Avtovağzal Kompleksinin (BBAK) rəhbərliyi və kollektivinin iştirakı ilə ağacəkmə aksiyası təşkil edilib.
"Unikal" xəbər verir ki, Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirilən aksiya ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması gözəlləşdirilməsi məqsədini daşıyır. Tədbir çərçivəsində kompleksin ərazisində müxtəlif növ dekorativ ağaclar və kollar əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib.
Heydər Əliyevin irsində ekologiya və yaşıllaşdırma siyasətinin mühüm yer tutduğunu vurğulayan Baş direktor Qəhrəman Qələndərov bu cür təşəbbüslərin həm də gələcək nəsillərə sağlam ətraf mühit ötürmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi mütəmadi olaraq sosial və ekoloji layihələrdə fəal iştirak edir, Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik ənənələrini və ekoloji hərəkatı öz fəaliyyətində rəhbər tutur.





















































