2026-cı il futbol üzrə dünya çempionatının təşkilatçıları açılış mərasimlərində səhnəyə çıxacaq sənətçilərin adlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, Kaliforniya ştatında keçiriləcək açılış şousunun əsas ulduzları Keti Perri, Future, Anitta, Lisa, Rema və Tyla olacaq. Mərasim 12 iyun tarixində İnqlvud şəhərindəki SoFi Stadium-da, ABŞ və Paraqvay yığmalarının oyunu öncəsi baş tutacaq.

Dünya çempionatı ilk dəfə üç ölkədə keçiriləcək  

Turnir 11 iyun - 19 iyul 2026-cı il tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Bu, tarixdə bir neçə dövlətin eyni vaxtda ev sahibliyi edəcəyi ilk mundialdır.

Kanada və Meksika da paralel mərasimlər təşkil edir  

Torontoda Kanada - Bosniya və Herseqovina matçı öncəsi Alanis Morissette, Alessia Kara, Jessie Reyez, Maykl Babl və digər ulduzlar çıxış edəcək.

Mexikoda isə açılış şousu 11 iyunda “Azteca Stadium”da Meksika - CAR oyunu öncəsi olacaq. Səhnəyə J Balvin, Tyla, Lila Douns, Los Angeles Azules, Mana, Alexandro Fernandez, Belinda və Denny Ouşen çıxacaq.

Çempionatın açılışı ilə bir vaxtda üç ölkədə üç fərqli şou izləyiciləri qarşılayacaq.