Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 20-yə yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.























































