İngiltərə Premyer Liqasının 36-cı turunda "Mançester Yunayted" "Sanderlend"lə qolsuz heç-heçə (0:0) edib. 

"Unikal" xəbər verir ki, bu heç-heçə "mankunianlılar"ın qələbə seriyasına son qoydu. 

Bu matçdan əvvəl Maykl Kerrikin komandası ardıcıl üç oyunda qalib gələrək "Liverpul"u (3-2), "Brentford"u (2-1) və "Çelsi"ni (1-0) məğlub etmişdi.

Oyundan sonra komandalar hərəyə bir xal qazanıblar. "Mançester Yunayted" 65 xalla turnir cədvəlində 3-cü, "Sanderlend" isə 48 xalla 12-ci yerdədir.

Ağarza Elçinoğlu