"Ermənistan-Rusiya münasibətlərində böhran görmürəm".
"Unikal" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərinin geniş gündəliyi var: "Bu mənada, bütün münasibətlər spektrini nəzərə alsaq, bəzi yerlərdə problemlər ola bilər, amma ümumilikdə münasibətlərdə böhran görmürəm".
O, həmçinin Moskvadan Ukrayna Prezidenti Volodimir Zelenski üçün İrəvanda platforma təmin etmək barədə gələn açıqlamalara da toxunub: "Biz Aİ siyasi icmasının görüşünü Ermənistanda keçirdik, formatı qoruduq".
Ağarza Elçinoğlu
























































