Gəncədə yerləşən zavodda yanğın olub.
"Unikal"ın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən avtomobillərin utilizasiyası zavodunda qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğın qısa müddətdə ərzində söndürülüb.
Yanğın zamanı 1000-ə yaxın təkər və 4 ədəd utilizasiya olunan avtomobil yanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Tural Əhmədov
























































