Hərbi komandalar xüsusi hərbi əməliyyatda uğurun açarıdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbi akademiyaların məzunları ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, silah istehsalında heç bir irəliləyiş Rusiya qoşunlarının cəsarətini və peşəkarlığını əvəz edə bilməz. Eyni zamanda, o, zabitlərin hərbi hissələrin aparıcı və istiqamətləndirici qüvvəsi olaraq qaldığını iddia edib: "Birinci Pyotrun ordu haqqında qısaca dediyi kimi, "hər zabit insan bədənindəki ruh kimidir"".

Görüş zamanı Putin həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin məktubunun sülh danışıqları üçün ilkin şərtlər yaratmadığını bildirib. Rusiya liderinin sözlərinə görə, bu cür müraciətlər bir növ münaqişə potensialı yaratmaq məqsədi daşıyır. Dövlət başçısı xatırladıb ki, məktubu aldıqdan üç gün sonra Ukrayna qoşunları Starobilskdəki kollec yataqxanasına hücum ediblər.

Putin bildirib ki, Kiyev rejimi tədricən nəzarəti altındakı əraziləri itirir: "Cəbhə xəttində vəziyyət pisləşdikcə Kiyev Rusiyanın mülki hədəflərinə zərbə vurmaq strategiyası qəbul edib".

Ağarza Elçinoğlu