Vətəndaşlara MİDA-dan ev-alqı satqısı adıyla külli miqdarda dələduzluq etməkdə təqsirləndirilənlər Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlər dindirilib.
Şahnaz Məmmədova bildirib ki, MİDA da 3 ev almaq üçün təqsirləndirilən şəxslərə 24 min manat pul verib:
"Təqsirləndirilən şəxs olan Şəmsiyyə mənim tanışım idi. Mən özüm həkiməm. O, mənim pasiyentim idi. Dedi ki, MİDA-da tanışım var və ordan sizə ev təşkil edə bilərəm. Şəmsiyyə 8 min pul olmaqla 24 min. O, da pulları digər təqsirləndirilən şəxs olan Ruslan Həsənova verib. İndiyədək mənə 7 min manat pul qaytarılıb. Onun 4 min manatı Şəmsiyyə, 3 mini isə Ruslan verib. Mən Şəmsiyyə xanımdan yox, Ruslan Həsənovdan şikayətçiyəm".
Şəmsiyyə İsmayılova isə bildirib ki, o puldan 18 min manatı Ruslan Həsənova verib qalanını özünə götürüb və digər şəxslərə verib.
Digər zərərçəkənin sözlərinə görə, təqsirləndirilən şəxs Şəmsiyyə İsmayılovaya 8 min manat notarial qaydada təsdiq 2 min isə əlbəəl ümumilikdə 10 manat pul verib. İndiyədək bir manat da geri qaytarılmayıb.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.
Qeyd edək ki, hər dörd təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır.
Orxan Rasifoğlu






















.webp)









.jpg)














