Texasın cənub-şərqində təxminən iki milyon arı olan pətəkləri daşıyan yük maşını aşıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində arılar sərbəst buraxılıb. 

Bildirilir ki, yerli arıçılar hadisə yerinin təhlükəsizliyini təmin etməkdə və yoldan pətəklərinin qalıqlarını çıxarmaqda təcili yardım xidmətlərinə könüllü olaraq müraciət ediblər. Hadisənin baş verdiyi Oranj dairəsinin sakinlərinə hələlik evdə qalmaları tövsiyə olunur.