Ov tüfəngi ilə 39 yaşlı kişini güllələyən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Bolayev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

***10:44

Xəbər verdiyimiz kimi, Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

"Unikal" "Oxu.az"a istinadən xəbər verir ki, İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb.

O, Zaqatalada restoran sahibi olub.

***08:49

Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

"Unikal" xəbər verir ki, ötən gecə 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Bolayev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Seymur Əli