İran Futbol Federasiyası 2026-cı il Dünya Kubokunda iştirak üçün zəmanət tələb edib.
"Unikal" "Le Parisien"ə istinadən xəbər verir ki, vizaların verilməsi, heyətə hörmət, İran bayrağı və dövlət himni də daxil olmaqla 10 şərt irəli sürüb.
Bəyanatda deyilir: "Biz mütləq 2026-cı il Dünya Kubokunda iştirak edəcəyik, amma ev sahibi ölkələr bizim narahatlıqlarımızı nəzərə almalıdırlar. Biz turnirdə iştirak edəcəyik, amma inanclarımızdan, mədəniyyətimizdən və baxışlarımızdan əl çəkməyəcəyik".
Ağarza Elçinoğlu

























































