İran-ABŞ münaqişəsi Rusiyanı çətin vəziyyətə salır.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bunu brifinq zamanı deyib. 

Putinin sözlərinə görə, çünki Moskvanın həm Tehran, həm də Fars körfəzi ölkələri ilə yaxşı münasibətləri var: "İran və ABŞ-yə gəldikdə isə, bu, çox çətin və mürəkkəb bir münaqişədir. Və bu, bizi çox çətin vəziyyətə salır, çünki heç bir mübaliğəsiz İranla yaxşı münasibətlərimiz, eləcə də Fars körfəzi ölkələri ilə dostluq münasibətlərimiz var"

Putin həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündən təəssüfləndiyini bildirib: "Təəssüf ki, cənab Laricani vəfat etdi. Çox kədərlidir. O, konstruktiv dialoq apara biləcək bir insan idi - o, hər şeyi dinləyir, başa düşür, cavab verirdi". 

Ağarza Elçinoğlu