Görüş danışıqlar prosesinin bir mərhələsi deyil, Kiyevdəki böhranın həlli yolu olmalıdır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin brifinq zamanı deyib.
Rusiya lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə təklif olunan görüşünü belə şərh edib: "Ukrayna tərəfi, cənab Zelenski, şəxsi görüş keçirməyə hazırdır. Görüşmək istəyən hər kəs Moskvaya gəlsin, biz də görüşəcəyik. Biz üçüncü ölkədə görüşə bilərik, amma yalnız sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə edildikdən sonra".
O, həmçinin qeyd edib ki, potensial görüş danışıqlar prosesinin ara mərhələsi deyil, "son nöqtəsi" olmalıdır. Putin bildirib ki, mütəxəssislər sənədin bütün detallarını əvvəlcədən hazırlamalı və razılaşdırmalıdırlar, onun müddəalarının hər iki ölkə tərəfindən tam başa düşülməsini təmin etməlidirlər. Yalnız bundan sonra Putin bu sülh prosesində iştirak etməyə və ya nəsə imzalamağa hazır olacaq.
Ağarza Elçinoğlu

























































