Qətər sahilləri yaxınlığında yük gəmisi vurulub.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) məlumat yayıb.
Hadisə gəmi Qətərin paytaxtı Doha şəhərindən 23 dəniz mili şimal-şərqdə hərəkətdə olarkən baş verib. Gəmidə baş verən yanğın qısa müddətdə söndürülüb. Gəmi kapitanı hadisə nəticəsində xəsarət alan olmadığını və ətraf mühitə ziyan dəymədiyini bildirib.
UKMTO qeyd edib ki, mərminin haradan atıldığı araşdırılır. Bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib.









.jpeg)











































