Rusiyanın Kaluqa hava limanında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər tətbiq edilib.

"Unikal" xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

“Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün vacibdir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, PUA hücumu təhlükəsi səbəbindən dünən də Kaluqa hava limanında təyyarələrin enişi və qəbuluna məhdudiyyət tətbiq olunmuşdu.