Qırğızıstanda Milli Təhlükəsizlik Dövlət Komitəsinin (DTK) Bişkek üzrə 6-cı idarəsinin rəhbəri saxlanılıb.
"Unikal" 24.kg portalına istinadla məlumat verir ki, “Grudak” ləqəbli DTK əməkdaşı Hərbi Prokurorluq tərəfindən tutulub. Pervomayski Rayon Məhkəməsi onun barəsində istintaq materialları nəzərə alınaraq aprelin 15-dək müvəqqəti saxlama təcridxanasında həbs qətimkan tədbiri seçib.
Bildirilir ki, o, “Korrupsiya” maddəsi üzrə istintaqa cəlb olunub. Hazırda araşdırma davam edir.
Gülayə Mecid
