İngiltərə kralı III Çarlzın Epşteyn qalmaqalı səbəbilə titul və vəzifələrini itirən qardaşı, Şahzadə Endryu (Endryu Mountbatten-Windsor) dövlət vəzifəsindən sui-istifadə şübhəsi ilə ötən gün saxlanılıb. Daha sonra o, polis bölməsində ifadəsi alındıqdan sonra sərbəxt buraxılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Avropa ictimaiyyətində böyük rezonans doğurub.
Epşteynin iş materiallarından yayılan bir foto isə qalmaqalın miqyasını daha da artırıb. Həmin görüntüdə Şahzadə Endryu ilə azyaşlının oyun oynadığı anlar yer alıb.
Faktla bağlı araşdırmaların davam etdiyi bildirilir.
Gülayə Mecid
