Ermənistan məhkəməsi katolikos II Qareginin qardaşı və qardaşı oğlu üçün məhkəməyəqədərki həbs tədbirlərini yumşaldıb.

"Unikal" xəbər verir ki, onların məhkəməyəqədərki həbsi üç ay müddətinə ev dustaqlığı ilə əvəz edilib.

Onlara həmçinin 1 milyon dram (təxminən 2500 dollar) girov qoyulub və səyahət məhdudiyyəti barədə qərar imzalanıb.

Gevorq Nersisyan və oğlu Hambardzum 3 noyabr 2025-ci ildə həbs ediliblər. Onlar seçkilər zamanı Respublika Partiyasının təşviqat kampaniyasına mane olmaqda ittiham olunurlar.

Nersisyanlar 2025-ci ilin noyabr ayında xuliqanlıq və Vaqarşapatda təşviqat kampaniyasına mane olmaq ittihamları ilə həbs ediliblər.