Polşanın Moskvadakı səfirliyi və Polşa Xarici İşlər Nazirliyi, Polşa vətəndaşlarını Rusiya Federasiyasının ərazisini tərk etməyə çağırıb.
"Unikal" xəbər verir ki, Xarici İşlər Nazirliyi bütün mövcud kommersiya və ya şəxsi nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edib. Qeyd olunub ki, Polşa vətəndaşları fövqəladə hallar istisna olmaqla, Rusiyaya bütün səyahətlərdən çəkinməlidirlər.
Polşa diplomatları bildirirlər ki, "Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar halında təxliyə xeyli çətinləşə və ya hətta qeyri-mümkün ola bilər".
