Səudiyyə Ərəbistanında keçirilən toy mərasiminə aid görüntülər sosial şəbəkələrdə qısa müddətdə geniş rezonans doğurub.
"Unikal" xəbər verir ki, yayılan videoda gəlinin qardaşının kürəkənin ailəsinə qeyri-adi hədiyyə təqdim etdiyi anlar əks olunub. Kadrlarda mərasim zamanı daşınan iri qutunun açılması ilə içərisindən çoxsaylı 24 əyar qızıl külçələrin çıxarıldığı görünür. Daha sonra həmin qızıllar kürəkənin ailə üzvlərinə bir-bir təqdim edilir.
Sosial mediada yayılan görüntülər ölkədəki toy ənənələri ilə bağlı müzakirələrə səbəb olub. Bəzi istifadəçilər təqdim olunan qızılların ümumi dəyərinin böyük bir sərvətə bərabər ola biləcəyini qeyd ediblər. Bəziləri isə təqdim olunanların əslində lüks “Patchi” şokoladları olduğunu iddia edib.
Gülayə Mecid
