"Dini abidələrlə yanaşı ölkədə dini durumla bağlı dinləmənin keçirilməsinə ehtiyac var. Təəssüflə qeyd etmək lazımdır ki, son illər ölkəmizdə qeyri-ənənəvi dini təriqətlərin üzvlərinin sayında artım davam edir. Bu gün Azərbaycanın dini coğrafiyasında ciddi dəyişikliklər baş verir. Bu bizə gələcəkdə ciddi problemlər yarada bilər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. Deputat təəssüflə qeyd edib ki, son vaxtlar ənənəvi dini dəyərləri gözdən salmağa çalışanların, dində yeniliklər etmək istəyənlərin sayı artmaqdadır:
"Onu da təəssüflə qeyd etmək lazımdır ki, bunu edənlər bu əməlləri ilə guya mövhumat və xurafatla mübarizə aparırlar görüntüsü yartamağa çalıırlar. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Dinimizn xalqımızın milli sərvətidir”. Eyni zamanda, bu gün Qarabağda cənab Prezidentin rəhbərliyi ilə tarixi dini abidələr bərpa olunur, yeni ibadət yerləri inşa olunur. Bu dövlətimizin bu sahəyə yüksək diqqət və qayğısının göstəricisidir. Qeyd olunanlar nəzərə alınaraq, bu cür çağırışların qarşısının alınması məqsədilə “Dini etiqad azadlığı haqqında” qanuna bir sıra dəyişikliklərin edilməsinin nəzərdən keçirilməsini təklif edirəm. Bu cür cəhdlərin qarşısı ciddi alınmalıdır. Yoxsa getdikcə cəmiyyətdə bu cür “yeniliklər” etmək istəyənlərin sayı artacaq və bu da cəmiyyətdə ciddi haçalanmaya və qarşıdurmaya aparacaq".
Anar Kəlbiyev
