Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Abşeron rayonu, Stsnsiya Sumqayıt ərazisində keçmiş məcburi köçkünlər üçün inşa olunmuş şəhərcikdə yerləşən Qubadlı rayon Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində keçirilib.

"Unikal" xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.

Görüş zamanı sakinlər tərəfindən qaldırılan müraciətlərin bir qismi yerindəcə həll olunub, bəzi məsələlərlə bağlı müvafiq izahatlar verilib. Digər müraciətlər araşdırılması üçün aidiyyəti qurumlara yönləndirilib və icrası nəzarətə götürülüb. Sakinlərin arzu və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkünlük dövründə problemlərinin həllində göstərilən diqqət və dəstəyə görə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını ifadə ediblər.