Xaçmazda zəncirvari yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə Gəndob - Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı VAZ-2107, "Toyota" və "Priora" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində VAZ-2107-də olan sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
