Tailandın Nakhon Ratçasima əyalətində tikinti kranın Banqkokdan gələn sərnişin qatarının üzərinə düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər ölüb, 55 nəfər yaralanıb.
Məlumata görə, qatarda 190 nəfər olub və qatarın üzərinə çökən konstruksiyalar sürətli qatarlar üçün relslərin tikintisində istifadə olunurmuş. Qeyd olunur ki, qatar keçərkən anidən konstruksiyalar çöküb və ikinci və üçüncü vaqonlara üzərinə düşüb. Zərbənin təsirindən qatar relsdən çıxıb.
Hazırda xilasetmə xidmətləri faciənin baş verdiyi yerdə işləyir, sağ qalan sərnişinlər qatarın içindən çıxarılır.
Gülayə Mecid
