Futbol üzrə Türkiyə Kubokunda II turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, A qrupunda “Fəthiyəspor” “Qalatasaray”ı qəbul edib. Gərgin və maraqlı keçən görüş İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər üç qol ikinci hissədə vurulub.

Aktivində 6 xalı olan “Qalatasaray” turnir cədvəlinə başçılıq edir.