Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, İstanbulda Atatürk Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında əzəli rəqiblər - "Qalatasaray"la "Fənərbağça" qarşılaşıb.

"Fənərbağça" Halil Umut Melerin idarə etdiyi derbidən 2:0 hesablı qələbə ilə ayrılıb. Qolları Matteo Genduzi (28-ci dəqiqə) və Ceyden Ostervolde (48-ci dəqiqə) vurub.

Qeyd edək ki, yarımfinalda "Qalatasaray" "Trabzonspor"u, "Fənərbağça" isə "Samsunspor"u mübarizədən kənarlaşdırmışdı.

***10:20

Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşəcək.

"Unikal" xəbər verir ki, həlledici qarşılaşmada "Qalatasaray" "Fənərbağça" ilə üz üzə gələcək.

Komandalar Superkubokda 5-ci, ümumilikdə isə 405-ci dəfə bir-birinə rəqib olacaq. Geridə qalan 404 maçdan 149-da "Fənərbağça", 130-da isə "Qalatasaray" qələbəyə sevinib. 125 qarşılşama heç-heçə nəticələnib. Tərəflər arasında baş tutan derbilərdə "Fənərbağça" 544, "Qalatasaray" isə 505 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, İstanbul derbisi Atatürk Olimpiya Stadionunda, Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.