Ukraynada istənilən hərbi kontingentin, istər Avropa ölkələrindən, istərsə də bütövlükdə NATO-dan yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O, Ukraynanın əsas obyektlərinə "Oreşnik" raket zərbəsinin videosunu yayımlayaraq bildirib: "Avropalı hakim axmaqlar hələ də Avropada müharibə istəyirlər. Min dəfə deyilib ki, Rusiya Ukraynada Avropa ölkələrindən və ya NATO-dan heç bir hərbi kontingenti qəbul etməyəcək.
Əks halda, buyurun. Onda belə olacaq".
Ağarza Elçinoğlu
