Futbol üzrə İspaniya Superkubokunda ikinci finalçı məlum olub.
"Unikal" xəbər verir ki, yarımfinalda "Atletiko" ilə qarşılaşan "Real Madrid" 2:1 hesablı qələbə qazanaraq həlledici görüşdə iştirak hüququ əldə edib.
Madrid derbisində hesab erkən qolla açılıb. Federiko Valverde 2-ci dəqiqədə "kral klubu"nu önə keçirib. Rodriqo 55-ci dəqiqədə "Real Madrid"in üstünlüyünü 2 topa çatdırıb. Matçda son nöqtəni isə 58-ci dəqiqədə "Atletiko"nun hücumçusu Aleksander Sörlot qoyub.
Bu nəticə ilə finala vəsiqə qazanan "Real Madrid" "Barselona"nın rəqibi olub. Həlledici qarşılaşma yanvarın 11-də keçiriləcək.
