“Tottenhem” 125 il əvvəlki formada meydana çıxacaq.
"Unikal" xəbər verir ki, London təmsilçisi İngiltərə Kubokunun 3-cü mərhələsində “Aston Villa” ilə keçiriləcək oyunda xüsusi dizaynda formalar geyinəcək. Belə ki, klub sözügedən qarşılaşmada klubun 1901-ci ilə aid retro formasından istifadə edəcək.
Bu addım klubun tarixi uğurunun 125 illiyinə həsr olunub. Belə ki, “Tottenhem” aşağı liqa təmsilçisi olduğu halda İngiltərə Kubokunu qazanan ilk və indiyədək yeganə klub kimi tarixə düşüb.
Qeyd edək ki, “Tottenhem” tarixində ümumilikdə 8 dəfə bu kuboku qazanıb.
Xatırladaq ki, Şimali London klubu İngiltərə Kubokunda sonuncu titulunu 1991-ci ildə əldə edib.
