"Ayın qolu" layihəsində dekabrın qalibləri müəyyənləşib.

"Unikal" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasında ən yaxşı qolun müəllifi "Kəpəz"in yaponiyalı legioneri Ryonosuke Ohori olub.

I Liqada Ruslan Voronsov ("Şahdağ Qusar"), II Liqada isə Ramin Məhərrəmovun ("Quba") qolları ən yaxşı seçilib.