Kiprin “Pafos” komandasının yeni baş məşqçisi məlum olub.
"Unikal" klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə ispaniyalı mütəxəssis Albert Selades gətirilib.
O, bu vəzifədə həmyerlisi Xuan Karlos Karsedonu əvəzləyib.
Albert Selades futbolçu karyerası ərzində İspaniyanın “Barselona” və “Real Madrid” komandalarında oynayıb.
Qeyd edək ki, “Pafos” bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Komanda turnirdə 6 oyundan sonra 6 xalla 26-cı pillədə qərarlaşıb. Kipr təmsilçisinin növbəti mərhələyə yüksəlmək şansı var.
