Dünən saat 17 radələrində Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində Ramis Hacıyev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən piyada, 1966-cı il təvəllüdlü Yuxarı Ləki kənd sakini Əvəz Şərifovu vurub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.