"Real Madrid"in futbolçusu Kilian Mbappe İspaniya Superkubokunun final matçında "Barselona"ya qarşı oynaya bilər.

"Unikal" xəbər verir ki, bu barədə "kral klubu"nun baş məşqçisi Xabi Alonso turnirin yarımfinalında "Atletiko"ya 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra mətbuat konfransında açıqlama verib.

İspaniyalı mütəxəssisin sözlərinə görə, fransalı hücumçu 24 saat ərzində Səudiyyə Ərəbistanına gələcək: "Kilian hazırda özünü yaxşı hiss edir və onun finalda oynamaq şansı yüksəkdir".

Qeyd edək ki, Kilian Mbappe dizindəki ağrılara görə La Liqada "Betis" və Superkubokda "Atletiko" ilə oyunları buraxıb.