İranın xarici işlər naziri Abbas Əraqçi devrilmiş şahın oğlu Rza Pəhləviyə cavab verib.

"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı yazıb. 

"Hər bir ölkənin daxili problemləri yalnız həmin ölkəyə aiddir və heç kimin ölkənin daxili işlərinə müdaxilə etmək və onları müəyyən etmək hüququ yoxdur", - deyə o qeyd edib. 

1979-cu ildə devrilmiş İran şahının oğlu Pəhləvi sosial mediada İran xalqına çağırış edən başqa bir video paylaşıb. Mesajında ​​o, etirazların məqsədinin strateji əhəmiyyətli küçələri və obyektləri ələ keçirməyə və saxlamağa hazırlaşmaq olduğunu bildirərək ümumi tətilə çağırıb. Bundan əvvəl o, ABŞ prezidenti Donald Trampı İrandakı vəziyyətə müdaxilə etməyə çağırıb.

Ağarza Elçinoğlu