İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb.
"Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək", - İsrail mənbəsi bildirib.
"Bu səfər Qərb və İsrail analitiklərinin artan diqqəti fonunda baş verir, onlar tez-tez Bakını "Mərkəzi Asiyaya qapı" adlandırırlar", - məlumatda qeyd edilib.
