"Bəzi insanlar İranda xaos və iğtişaş yaratmağa çalışır, amma xalq öz ölkəsini və sistemini dəstəkləyəcək".
"Unikal" xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian Omanın xarici işlər naziri Badr əl-Busaidi ilə görüşündə bildirib ki, ABŞ və İsrail regionda müharibə təhlükəsini əbədiləşdirmək, İslam dünyasında birliyin yaranmasının qarşısını almağı planlaşdırır.
